Polis karantin rejimini pozan sürücünü axtarır - VİDEO

19:14 15.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sərt karantin rejimi dövründə sosial şəbəkələrdə Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində avtomobilinin təhlükəli manevr etməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanıb.

Bu barədə hafta.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O qeyd edib ki, avtomobilin yeri Bakı şəhər üzrə kameralar vasitəsi ilə müəyyən edilib:

"Avtomobilin sahibi və yeri məlumdur. Onun saxlanması istiqamətində işlər aparılır".